Dünya

Ana 4 yaşlı oğlunu boğub öldürdü

7 Aprel 2020 13:27
3 Şərh     Baxış: 1 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ana 4 yaşlı oğlunu boğaraq öldürüb.

Milli.Az haberglobal-a istinadla xəbər verir ki, dəhşətli olay Türkiyənin Denizli vilayətində yaşanıb.

35 yaşlı Nagihan K. adlı qadın gecə otağında yatan 4 yaşlı oğlu A.S.K-nı boğaraq öldürüb. O, daha sonra bacısına zəng edərək, ondan yardım istəyib.

Uşağın xalası onun cəsədini görəndə dəhşətə gəlib. O, hadisə yerinə həkim və polis çağırıb.

Cinayəti törədən şəxs saxlanılıb, məsələ ilə bağlı araşdırma aparılır.

Qətlin səbəbi və təfərrüatı hələlik məlum deyil.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.