Dünya

Yaponiya 20 ölkəyə koronavirusa görə dərman təhvil verəcək

7 Aprel 2020 17:16
0 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hökuməti BMT-nin vasitəçiliyi ilə 20 ölkəyə qrip əleyhinə "Favipiravir" preparatı yollayacaq.

Milli.Az Trend-ə istinadən verir ki, bunu Yaponiyanın Xarici işlər naziri Tosimitsu Motegi deyib.

O bildirib ki, həmin preparat koronavirus xəstələrinin müalicəsi üçün istifadə oluna bilər.

Nazir dərman alacaq ölkələr arasında İndoneziya, İran, Myanma və Çexiya kimi dövlətlərin olduğunu deyib.

Qeyd edək ki, "Favipiravir" preparatı Yaponiyanın "Fujifilm Holdings" şirkəti tərəfindən hazırlanıb. Dərman yan təsirlərinə görə açıq bazarda satılmasa da, Yaponiya hökuməti onu qrip epidmiyası yaranacağı təqdirdə ehtiyatda saxlayırdı. "Favirapiravir", həmçinin Ebola ilə mübarizədə səmərəli şəkildə istifadə olunub.

Mütəxəssislərin sözlərinə görə, hazırda mövcud olan "Favirapiravir" ehtiyatları 2 milyon insanın qripdən, 700 min nəfərin koronavirusdan müalicəsinə kifayət edə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.