Dünya

Yeni Zelandiyanın səhiyyə naziri karantin rejimini 2 dəfə pozdu, üzr istədi

7 Aprel 2020 13:53
0 Şərh     Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark karantin rejimini pozub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazir velosipedlə yaşayış yerindən uzaqlaşıb.

Daha sonra o, ailəsi ilə birlikdə çimərliyə getdiyini etiraf edib.

Karantin rejimini iki dəfə pozduğu üçün üzr istəyən D.Klark istefa verməyə hazır olduğunu deyib.

Baş nazir Casinda Ardern koronavirus epidemiyasının davam etməsi ilə əlaqədar istefanı hələlik qəbul etməyib.

Qeyd edək ki, Yeni Zelandiyada bu günədək 1 160 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.