Dünya

Alimlərdən koronavirus haqqında DAHA BİR YENİLİK - Bu yolla ölümün qarşısı alına bilər

7 Aprel 2020 17:05
0 Şərh     Baxış: 1 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Verona və Padua Universitetlərinin mütəxəssisləri koronavirus səbəbiylə ölüm ehtimalını təyin etmək üçün yeni bir texnika kəşf ediblər.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, onlar COVID-19-a yoluxan insanların qanında trombosit sayını araşdırıblar. Alimlər vəziyyəti ağır olan 399 nəfərin xəstəlik tarixçəsini araşdırdıqdan sonra qanda trombositlərin az miqdarının ciddi xəstəlik və ölüm riskini artırdığı qənaətinə gəliblər.

Rus mütəxəssislər də bu üsulun koronavirusa yoluxan xəstələrin sağlamlığının qiymətləndirilməsində perspektivli ola biləcəyinə inanırlar.

İnsanlar bu analizdən istənilən xəstəxanada asanlıqla keçə bilərlər.  

Bundan başqa alimlərin fikrincə, qanda trombositlərin sayı hemostatik sistemin vəziyyətini, qanın maye vəziyyətini qorumaq və qanaxmanı dayandırmaq üçün cavabdeh olan bəzi məqamları əks etdirir. Elm adamlarının fikrincə, zamnında trombositləri müalicə etməklə, ölüm sayını minimuma endirmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.