Dünya

"Koronavirus mətbuatın uydurmasıdır" deyən keşiş bu virusdan öldü - FOTO

7 Aprel 2020 12:03
2 Şərh     Baxış: 1 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun mövcudluğuna inanmayan şəxs bu virusdan ölüb.

Milli.Az bildirir ki, bu barədə məlumat Britaniyanın "Mirror" nəşrində yer alıb.

"Koronavirus mətbuatın uydurmasıdır", - deyən keşiş Mardi Gras festivalında iştirak edən zaman bu virusa yoluxub.

ABŞ-ın Virciniya ştatında yaşayan Landon Spradlin adlı keşişin koronavirus testinin nəticəsi müsbət çıxıb. 66 yaşlı keşiş bu virusdan dünyasını dəyişib.

O, virusa yoluxmazdan əvvəl koronavirusu ələ salan paylaşımlar etmişdi.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 1347646 nəfər yoluxub. 74782 nəfər bu virusdan ölüb, 286453 nəfər isə sağalıb. Hazırda ən çox ölüm halları ABŞ, İtaliya, İspaniya və Fransada baş verir.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.