Dünya

Facebook istifadəçilərin hərəkəti barədə məlumat toplayacaq

7 Aprel 2020 07:55
0 Şərh     Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Eyni adlı sosial şəbəkəyə sahib olan ABŞ-ın Facebook şirkəti yeni koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində istifadəçilərin hərəkəti haqqında məlumat toplayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq açıqlama şirkətin saytında yayımlanıb.

Sənədə əsasən, şirkətin mütəxəssisləri bu həftədən başlayaraq ABŞ-da istifadəçilərin olduğu yeri haqqında məlumat toplayacaq və federal və yerli hakimiyyət orqanlarına təqdim edəcəklər. Məlumat anonim olacaq və yalnız statistik göstəricilərin tərtibi, habelə infeksiyanın yayılmasına qarşı mübarizə metodları üçün istifadə ediləcəkdir.

Facebook rəhbərliyinin fikrincə, belə bir məlumatlar əldə etməklə, hakimiyyətin əhalinin sosial məsafəni qorumaqla bağlı tələblərinin yerinə yetirilməsini izləməsi daha asan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.