Dünya

Cənubi Koreyada koronavirus testlərinin təhlükəsiz keçirilməsi üçün kapsullar hazırlanıb

6 Aprel 2020 19:24
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyada koronavirus testlərinin daha sürətli və təhlükəsiz keçirilməsi üçün kapsullar hazırlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, kapsullar şəffaf plastikdən hazırlanıb və tibbi əlcəklərlə təmin olunub.

Kapsulun içərisində xüsusi ventilyasiya sistemi sayəsində mənfi atmosfer təzyiqi mövcuddur ki, bu da virusun kapsuldan kənara çıxmasının qarşısını alır.

Beləliklə, həkim yoluxma təhlükəsi olmadan kapsulda olan dəliklər vasitəsilə içəridəki xəstəni müayinə edə bilər.

Hazırda paytaxt Seulda dörd bu cür kapsul fəaliyyət göstərir. Hər xəstədən sonra kapsulun içərisi dezinfeksiya edilir.

Bu cür kapsulların digər ölkələrə də tədarük olunması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.