Dünya

Çernobılda meşə yanğınları radiasiya səviyyəsini artırıb

6 Aprel 2020 18:40
1 Şərh     Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çernobıl təcrid zonasında günlərlə davam edən meşə yanğınları radiasiya səviyyəsini 16 dəfə artırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Aprelin 4-də girişin qadağan olunduğu təcrid zonasında başlayan yanğınları hələ ki, nəzarət altına almaq mümkün olmayıb.

Yanğınlar səbəbindən 2 gün ərzində 20 hektar meşə sahəsinin məhv olduğu bildirilib. Mütəxəssislər tərəfindən ərazidə aparılan ölçmələr nəticəsində radiasiya səviyyəsinin 16,5 dəfə artdığı məlum olub.

Yanğınların səbəbi hələlik müəyyən olunmasa belə mütəxəssislər yanğınların insan ehtiyyatsızlığı səbəbindən başladığını güman edir. 

Xatırladaq ki, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda yanğın baş vermiş  və hadisə zamanı 7000-ə yaxın insan həlak olmuşdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.