Dünya

Koronavirus haqda ilk film çəkildi - FOTO

6 Aprel 2020 14:17
1 Şərh     Baxış: 1 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir gün bu günlər sona çatacaq və biz sevdiklərimizə möhkəmcə sarılıb, yenidən onlarla müxtəlif əyləncələrə qatılacağıq, film izləyəcəyik. Elə bu gün dünyanın bəlasına çevrilən koronavirus haqda da çoxlu ekran işi olacaq. Onlardan ilk uzunmetrajlı film isə artıq çəkilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, filmi kanadalı rejissor Mostafa Keşvari çəkib. Hadisələr 7 sakin eyni liftdə qapalı qalandan sonra başlayır.

7 qonşudan biri koronavirus analizinin cavabları müsbət çıxan çinli qadındır. Liftdə eyni zamanda əlil arabasında olan bir kişi, lift təmirçisi, borcu olan bir kirayəşin və bir də imkanlı iş adamı var. Bir-birindən xasiyyət və həyat səviyyəsinə görə fərqli olan bu insanlar sağ qalmaq üçün mübarizə aparırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.