Dünya

Koronavirus tibbi maskalarda, əskinaslarda və parçalarda nə qədər yaşayır? - ARAŞDIRMA - VİDEO

6 Aprel 2020 13:05
3 Şərh     Baxış: 3 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honkonq Universiteti və Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutundan bir qrup mütəxəssis, COVID-19-un müxtəlif səthlərdə, o cümlədən tibbi maskalarda nə qədər yaşaya biləcəyini müəyyənləşdirib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, nəticələr "South China Morning Post" nəşrində çap edilib.

Araşdırma müxtəlif səthlərdə aparılıb. Bütün işlər laboratoriyada, otaq temperaturunda aparılıb.

Mütəxəssislər, virusun kağızlarda 3 saatdan az müddətdə qaldığını müəyyən edib. Virus, parça  gödəkçədə ikinci gün yoxa çıxıb. İstifadə olunan tibbi maskalarda isə o bir həftəyə qədər qalıb.

Eynək və əskinaslardan virus yalnız dördüncü gün, paslanmayan polad və plastikdə isə  4 -7 günə yoxa çıxıb.
Mütəxəssislər ağardıcı da daxil olmaqla, adi məişət dezinfeksiyaedici maddələrin virusu öldürməsində təsirli olduğunu təsdiqləyib.

"Özünüzü qorumaq istəyirsinizsə, yalnız gigiyena qaydalarına riayət edin, əllərinizi mümkün qədər tez-tez yuyun və dezinfeksiya etmədən üzünüzə, gözünüzə, ağzınıza və burnunuza toxunmamağa çalışın", - hesabatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.