Dünya

100 il əvvəlki pandemiyanı da gördü, koronavirusu da - 104 yaşı var - FOTO

6 Aprel 2020 11:21
2 Şərh     Baxış: 3 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada 104 yaşlı qadın koronavirusdan sağalıb.

Milli.Az The Sun-a stinadla xəbər verir ki, Ada Zanusso adlı qadın koronavirusa qalib gəlib. O, pandemiyaya qalib gələn ən yaşlı insanlardan biridir.

Ada mart ayının 17-də, qocalar evində koronavirusa yoluxub. Onunla birlikdə qalan 20 nəfər ölsə də, 104 yaşlı Ada sağalıb.

Həkimlər onun sağalmasını "böyük ümid" adlandırıblar.

Qeyd edək ki, Ada Zanusso 1918-1920-ci illərin pandemiyasına çevrilən İspan qripinə də qalib gəlib.

Məlumat üçün bildirək ki, İtaliyada 128.948 nəfər koronavirusa yoluxub. Onlardan 15.887-si dünyasını dəyişib.

Bəxtiyar Umarlı
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.