Dünya

Koronavirusdan qorunmağın yeganə effektiv üsulu açıqlandı

6 Aprel 2020 11:10
2 Şərh     Baxış: 2 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yoluxucu xəstəliklərdən, o cümlədən koronavirusdan qorunmağın yeganə effektiv üsulu vaksinasiyadır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor" Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Federal Dövlət Büdcə İnstitutunun tədqiqat işləri üzrə direktor müavini Aleksandr Qorelov bəyan edib.

Onun sözlərinə görə, bu gün bəşəriyyət tərəfindən buna müvafiq başqa bir şey icad edilməyib. 

"Vaksinasiya bəşəriyyətə 25 il həyat bəxş edib", - epidemioloq vurğulayıb.

Onun sözlərinə görə, dünyada 20-yə yaxın şirkət peyvənd hazırlıqlarına başlayıb. Ancaq koronavirus infeksiyasına həssas olan laboratoriya heyvanlarının olmaması müəyyən çətinliklər yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.