Dünya

Britaniyanın baş naziri koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilib

6 Aprel 2020 07:53
1 Şərh     Baxış: 4 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı baş nazir Boris Conson koronavirus infeksiyası ilə əlaqədar analizlərin verilməsi üçün xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Sky News" telekanalı xəbər yayıb.

"Baş nazir həkimlərin məsləhəti ilə xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalmaqdadır", - məlumatda deyilir.

B.Conson koronavirusa martın 27-də yoluxub və hazırda ölkəyə rəhbərlik etməyə davam edir. Onun işləyə bilməyəcəyi təqdirdə bu vəzifənin icrası xarici işlər naziri Dominik Raaba verilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.