Dünya

Çində koronavirusun ikinci dalğası başladı

5 Aprel 2020 18:00
1 Şərh     Baxış: 3 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin aprelin 1-dən epidemiyanın ikinci dalğasını elan edərək, yenidən sərhədləri bağlayıb, şəhərləri karantinə aldı.

Yerli hökumət Xenyan Çzya əyalətinin rayonlarını total karantinə alıb. Orda yarım milyon insan yaşayır.

Milli.Az sfera.az-a istinadən bildirir ki, Çin virusun yayılmasının dayandığını bəyan edərək, karantini qaldırsa da, yenidən yoluxma aşkarlanıb.

Regionda bu dəfə heç bir simptomu olmayan virus daşıyıcıları peyda olub. Onların bir çoxunun xəstəliyi birinci dəfə keçirib sağaldığı güman edilir.

Dünəndən etibarən rəsmi Pekin insanlara simptomsuz COVID 2019 barədə xəbərdarlıq edir. Bir sutkada 35 yeni yoluxma, 6 ölüm qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.