Dünya

Cavabı neqativ çıxandan 8 saat sonra öldü

5 Aprel 2020 18:18
5 Şərh     Baxış: 4 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Perm şəhərində yaşayan 36 yaşlı jurnalist Anastasiya Petrova ölkə üzrə koronavirusdan ölən ilk gənc qurban olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ilk dəfə qızdırma və öskürəyə görə həkimə müraciət edən Anastasiyanın analiz cavabları müsbət çıxıb. Martın 23-dən 28-ə qədər xəstəxanada qalan jurnalist müalicə aldıqdan sonra yaxşılaşıb.

Yenidən onunla bərabər övladları və anasından da analiz götürülüb və hamısının cavabları neqativ olub. Lakin cavablardan 8 saat sonra Petrovanın qəfil halı pisləşib və yenidən qızdırması qalxıb. Bundan sonra o, həyatını dəyişib.

Gənc qadının bir müddətdir evdən işlədiyi və az adamla ünsiyyətdə olduğu vurğulanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.