Dünya

Avropa ikinci Marşall planına ehtiyac duyur - Avropa Komissiyasının rəhbəri yazdı

5 Aprel 2020 16:35
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasından görünməmiş itkilər şəraitində Avropa Birliyinin büdcəsi nəhəng investisiyalara ehtiyac duyur.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin "Welt am Sonntag" qəzetində dərc olunan məqaləsində yazdığına görə, indi ortamüddətli dövrdə yaranmış böhrandan çıxmağa imkan verəcək tədbirlər həyata keçirilməlidir: "Bunun üçün bizə irihəcmli investisiyalar lazımdır - bir növ ikinci Marşall planındakı kimi. Birliyin möhkəm büdcəsi mərkəzi əhəmiyyət kəsb etməlidir".

Komissiya rəhbəri vurğulayıb ki, "bu gün çoxlu milyardlar investisiya etmək lazımdır ki, gələcəkdə böyük fəlakətdən qaçmaq mümkün olsun".

Qeyd edək ki, Marşall Planı İkinci Dünya müharibəsindən sonra ABŞ -ın Avropanın bərpası üçün həyata keçirdiyi genişmiqyaslı proqramın adıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.