Dünya

İranda koronavirusa yoluxanların sayı 60 min nəfərə çatır

5 Aprel 2020 15:40
0 Şərh     Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda yeni növ koronavirusa (COVID19) yoluxanların sayı 58 226 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən xəbər verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində bu virusa 2 483 nəfərin yoluxması öz təsdiqini tapıb.

O deyib ki, ötən 24 saat ərzində 151 nəfər koronavirusdan ölüb. Ümumilikdə İranda indiyədək bu virusdan ölənlərin sayı 3 603 nəfərə çatıb.

Nazirlik rəsmisi 4 057 nəfərin vəziyyəti ağır və kritik qiymətləndirildiyini deyib. İndiyədək 22 011 nəfər sağalaraq evə buraxılıb.

İranda indiyədək 189 790 diaqnoz testi həyat keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.