Dünya

Gürcüstanda koronavirus xəstələri artır

5 Aprel 2020 13:29
0 Şərh     Baxış: 1 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda sutka ərzində 8 koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da, xəstələnənlərin ümumi sayı 170-ə yüksəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

1 nəfər dünyasını dəyişib, 36 pasiyent sağalıb, 5 mindən çox insan karantindədir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 1 milyondan çox yoluxma, 60 mindən çox ölüm halı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.