Dünya

Vəliəhd şahzadə incidi, danışıqlar təxirə düşdü - FOTO

5 Aprel 2020 13:40
0 Şərh     Baxış: 2 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neft hasil edən ölkələrin OPEC+ formatında aprelin 6-na nəzərdə tutulan və videokonfrans yolu ilə keçirilməsi nəzərdə tutulan danışıqlarının təxirə salınmasınıb səbəbi məlum olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, buna səbəb Ər-Riyadla Moskva arasında neft hasilatına dair ziddiyətlərin hələ də dərin olması və nəhayət Rusiya prezidenti Vladimir Putinin bəyanatıdır.

Xatırladaq ki, bu danışıqlar haqda ilk dəfə ABŞ prezidenti Donald Tramp Tvitter-də anons edib, nəticədə ümidsiz şəkildə dibə yuvarlanan neft qiymətləri bir anda sıçrayıb. 23 dollara qədər ucuzlaşan "Brent" nefti həftənin son hərraclarında 35 dollara qədər bahalaşıb. Tramp bildirmişdi ki, Səudiyyə Ərəbistanı ilə Rusiya hasilatın sutkada 10 milyon barrel və hətta daha çox azaldılması üçün danışıqlara başlamağa hazırdır. Müqayisə üçün qeyd edək ki, bundan əvvəlki OPEC+ razılaşması hasilatın cəmi 1.5 barrel azaldılmasını nəzərdə tuturdu və həmin razılaşma Rusiya ilə Səudiyyənin fikir ayrılıqları üzündən pozuldu.

Nəhayət dünən elan edilmişdi ki, Azərbaycan, Rusiya və Qazaxıstanın da iştirakı ilə OPEC ölkələri hasilatın sutkada 10 milyon barrel azaldılmasını videokonfrans yolu ilə müzakirə edəcəklər. Bu danışıqlar aprelin 6-na təyin edilmişdi, amma daha sonra danışıqların təxirə salındığı açıqlandı. "RİA Novosti" bildirir ki, bunun səbəbi iştirakçıların öz mövqelərini formalaşdırmaq üçün daha çox vaxta ehtiyacının olmasıdır. Habelə Səudiyyə Ərəbistanı Rusiya prezidentinin son bəyanatından bərk qəzəblənib. Putin bildirmişdi ki, OPEC+ razılaşmasının pozulmasının səbəbi əslində Səudiyyə Ərəbistanının ABŞ-dan olan şist neft hasilatçılarını sıradan çıxarmaq istəyi idi.

Dərhal bu bəyanata Ər-Riyaddan sərt reaksiya verilib, Səudiyyə Ərəbistanı XİN bildirib ki, bu deyilənlər tamamilə həqiqətdən uzaqdır və əslində razılaşmanı pozan tərəf Rusiyadır. Bəzi mənbələr səudiyyəlilərin bərk hiddətlənməsi səbəbindən OPEC+ danışıqlarının aprelin 9-da da baş tutmasının sual altında olduğunu deyirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.