Dünya

Moskvada yaşayış binası partlayıb: 2 nəfər ölüb, 6 nəfər yaralanıb

5 Aprel 2020 12:12
0 Şərh     Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şənbə günü Moskva yaxınlığındakı Orekhovo-Zuyevo qəsəbəsindəki beşmərtəbəli yaşayış binasında qaz partlaması nəticəsində iki nəfər ölüb, altı nəfər isə yaralanıb. Xilasetmə işçiləri isə hələ də dağıntılar altında sağ qalanları axtarır. "The Moscow Times"ın xəbərində belə deyilir.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Moskva şöbəsinin müdiri Sergey Poletykin televiziyaya verdiyi açıqlamada daha iki nəfərin dağıntı altında ola biləcəyini bildirib.

Partlayış nəticəsində on mənzil dağılıb, məmurlar binanın dağılan hissəsində nə qədər insanın yaşadığını müəyyənləşdirməyə çalışır. Koronavirus səbəbindən indi daha çox insan evdə qalmağa üstünlük verir. Bu amil də nəzərə alınır.

Rəsmilər bildiriblər ki, qəzalı binanın bütün sakinləri yaxınlıqdakı məktəbə köçürülüb.

Dağıntılar altından xilas edilən altı nəfərdən üç nəfərin reanimasiyadadır.

Zədələnmiş binanın yaxınlığında yaşayan Aleksey Muranov deyir ki, pəncərəni açıb çölə baxırdım. Partlayışın dalğası məni qəfildən geri atdı.

"Əvvəlcə elə bildim ki, avtomobil partladı, arada bir az tüstü var idi", - hadisənin şahidi olan Muranov televiziya açıqlamalarında bildirib.

"Sonra insanlar dağılmış binaya tərəf qaçdılar, insanları xilas etmək lazım idi", - o deyib.

Müstəntiqlər partlayışın qaz sızması və ya zədələnmiş qaz avadanlığının sıradan çıxması səbəbindən olduğunu ehtimal edir.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov və fövqəladə hallar naziri Yevgeni Ziniçev dərhal hadisə yerinə gediblər.

Qaz sızması nəticəsində partlayışların olması Rusiyada nadir hadisə deyil. Xüsusən Sovet dövründə tikilmiş yaşayış binalarında bu kimi hallar tez-tez olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.