Dünya

Nyu-Yorka əlavə hərbçilər göndərilir

5 Aprel 2020 10:38
0 Şərh     Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ koronavirusla mübarizə məqsədi ilə ştatlara əlavə minlərlə hərbçi göndərəcək.

"Qafqazinfo" "TASS"a istinadən bildirir ki, bu barədə ölkə prezidenti Donald Tramp məlumat verib.

"Bu, minlərlə hərbçi, hərbi tibb işçiləri, peşəkarlar, tibb bacıları və həkimlər olacaq. Onlar lazımi dərəcədə hazır olmadıqları müharibəyə, savaşa yollanacaqlar", - ABŞ lideri deyib.  

Tramp qeyd edib ki, azı min hərbçi koronavirusun yayılmasının ocağına çevrilmiş Nyu-Yorka göndəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.