Dünya

Çində asimptomatik COVID pasientlərinin 75 faizində daha sonra simptomlar əmələ gəlib

4 Aprel 2020 19:41
0 Şərh     Baxış: 1 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çindən gələn yeni məlumat göstərir ki, ilk öncə heç bir simptom sərgiləməyən koronavirus pasientlərinin 75 faizində daha sonra virusun simptomları əmələ gəlib.

Cümə günü Ümumdünya Səhiyyə Təşkilatının epidemioloqu Maria Van Kerkhovenin Cenevrədə keçirilən mətbuat konfransında açıqladığı yeni məlumatda asimptomatik xəstələri müəyyən edib, onları təqib etməyib çətinliyini vurğulayıb. Bu məlumat həmçinin Çinin koronavirus halları ilə bağlı məlumatların dəqiqliyi sual edildiyi vaxta təsadüf edir.

Kerkhove ölkələri məlumatlarında asimptomatik olan pasientləri daha sonra simptom sərgiləyən xəstələrdən ayırmağa çağırırb.

Asimptomatik kotonavirus pasientləri virusa yoluxur və onu heç bir simptom sərgiləmədən başqalarına yaya bilərlər. Səhiyyə rəsmiləri deyir ki, bu cür pasientləri müəyyən edib, onları izolyasiya etmək xəstəliyin yayılmasının qarşısını almaq üçün çox mühümdür.

Çin bu həftənin əvvəli ilk dəfə olaraq asimptomatik xəstələlərlə bağlı məlumatları dərc edib və onları da koronavirus xəstələrinin sayına daxil etməyə başlayacağını deyib. Çin daha öncə onları rəsmi xəstə sayına daxil etməmişdi və beləcə ölkədə koronavirusa yoluxanların ümumi sayı ilə bağlı natamam məlumatlar dərc etmişdi.

ABŞ-ın kəşfiyyat rəsmiləri bu həftə Amerika xəbər agentliklərinə kəşfiyyat icmasının Çinin koronavirusa yoluxma və ölüm halları ilə bağlı rəsmi məlumatlarının natamam olduğuna inandığını deyib.

Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə Sahəsində Fövqəladə Hallar proqramının icraçı direktoru Maykl Rayan cümə günü Çini müdafiə edərək, ittihamların etibarsız olduğunu bildirib.

"Biz anlamalıyıq ki, təzyiq altında olan sistemlərin hər məlumatı dəqiqəbədəqiqə paylaşmaları çətindir," o deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.