Dünya

İranda koronavirus nəticəsində ölənlərin sayı artıb

4 Aprel 2020 18:45
0 Şərh     Baxış: 1 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İranda yeni koronavirus (COVID19) nəticəsində 19 fevraldan bu günədək ölənlərin sayı 3 452 nəfərə çatıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka İranda bu virusdan 158 nəfər dünyasını dəyişib.

Cahanpur deyib ki, ötən 24 saat ərzində 2 560 nəfərin koronavirusa yoluxması öz təsdiqini tapıb. Beləliklə İranda indiyədək 55 743 nəfər bu virusa yoluxub.

Nazirlik rəsmisi 4 103 nəfərin vəziyyətinin ağır və kritik qiymətləndirildiyini deyib.

Cahanpur bildirib ki, indiyədək 19 736 nəfər bu virusdan sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.