Dünya

ÜST-ün nümayəndəsi koronavirusun gənclər üçün təhlükəsindən danışdı

4 Aprel 2020 17:46
0 Şərh     Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Geniş sürətlə yayılan koronavirus sağlam həyat tərzi keçirən cavanlar üçün təhlükəli olmağa başlayıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris deyib.

O bildirib ki, hazırda gənc yaşda insanlar arasında xəstəliyin artdığı müşahidə olunur:

"Bilirik ki, xəstələnənlər arasında idmançılar və sağlam həyat tərzi keçirənlər var. Virus mutasiyaya uğramayıb, sadəcə onun yayılması o dərəcədə genişlənib ki, hər kəs virusa qarşı həssaslaşıb".

M.Harris əlavə edib ki, koronavirusa yoluxan gənclərdə ciddi simptomlar aşkar olunur və xəstəlik ağır keçir:

"Birinci aşkar simptom yüksək temperaturdur. İnsanlar danışır ki, onlar gecə oyanıb özünü pis hiss edir və nə baş verdiyini başa düşmürlər. Onların yüksək temparuturu olur, sonra qəfildən üşümə və titrətmə hiss edirlər. 38 dərəcədən yuxarı qızdırma və titrətmə hiss edənlərin 90 faizindən çoxunda bu virus müşahidə olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.