Dünya

Fransada 600 hərbçi koronavirusa yoluxdu

4 Aprel 2020 17:59
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada 600 hərbi qulluqçu koronavirusa yoluxub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə naziri Florens Parli məlumat verib.

Parli əlavə edib ki, Fransa Silahlı Qüvvələrinin müdafiə infrastrukturunun inşası xidmətində çalışan mülki işçilərindən biri koronavirusdan ölüb. Bundan başqa, "Barxan" əməliyyatında iştirak edən dörd hərbçi virusa yoluxub.

Fransa Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon ölkədə koronavirusdan ölənlərin sayının 6,5 min nəfəri keçdiyini, yoluxanların ümumi sayının isə 64 min 338-ə çatdığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.