Dünya

İranda 106 yaşlı kişi koronavirusdan sağalıb

4 Aprel 2020 13:19
0 Şərh     Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Qum vilayətində Fərqani xəstəxanasında 106 yaşlı kişi yeni koronavirusdan (COVID 19) sağalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Qum Tibb Elmləri Universitetinin ictimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, xəstə 14 gündən sonra sağalaraq evə buraxılıb.

Qum vilayətində Fərqani xəstəxanası koronavirus xəstələri üçün nəzərdə tutulan xəstəxanalardan biridir. İndiyədək bu xəstəxanada yaşı 80-dən yuxarı olan bir neçə xəstə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (3 aprel) 53 183 nəfərin koronavirusa yoluxduğunu, 3 294 nəfərin öldüyünü və 17 935 nəfərin sağaldığını təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.