Dünya

İsrail Fələstin nazirini yenə həbs etdi

3 Aprel 2020 15:09
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin təlükəsizlik orqanları Fələstinin Qüds İşləri naziri Fadi əl-Hadmini həbs edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Fadi əl-Hadminin ofisindən verilən yazılı açıqlamada, İsrail polisi və kəşfiyyat orqanları tərəfindən nazirin Əs-Savane qəsəbəsindəki evinə basqın edildiyi bildirilib.

Açıqlamada əməliyyat zamanı evin xarici və daxili qapılarının sındırıldığı, evin içərisində axtarış edildiyi və 10 min İsrail şekelinin (təxminən 750 dollar) ələ keçirildiyi qeyd edilib.

Fadi əl-Hadminin saxlanılmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, bununla Qüds İşləri naziri Fadi əl-Hadmini son bir ildə 4-cü dəfə İsrail polisi tərəfindən həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.