Dünya

Misirdə son bir sutkada yeni növ koronavirusdan 6 nəfər ölüb

3 Aprel 2020 09:54
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdə COVID-19 virusundan ölənlərin sayı 52 nəfərə çatıb. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Misirin Baş Naziri Mustafa Madbuli bildirib. O qeyd edib ki, son bir sutkada xəstəlikdən daha 6 nəfər dünyasını dəyişib. Həyatını itirənlərin biri İordaniya, qalanları Misir vətəndaşlarıdır.

Baş Nazir deyib ki, aprelin 2-də ölkədə koronavirusa 71 yoluxma halı qeydə alınıb və xəstələrin ümumi sayı 850 nəfərə çatıb. COVID-19 virusuna yeni yoluxanların hamısı Misir vətəndaşlarıdır.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 22 nəfər koronavirusdan müalicə olunub. İndiyədək 179 koronavirus xəstəsi tam sağalıb. COVID-19 virusuna yoluxanların əksəriyyəti 52-59 yaş arasında olanlardır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.