Dünya

Koronavirusun tüğyan etdiyi ABŞ-da silah satışları 800 dəfə artdı

2 Aprel 2020 23:54
0 Şərh     Baxış: 2 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun geniş yayıldığı ölkələrdə qida və digər gündəlik tələbat mallarına ehtiyacın artdığı bir vaxtda ABŞ-da mənzərə tamamilə fərqlidir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, koronavirus yayılandan sonra ABŞ-da ən çox satılan odlu silah atıb. Son həftələrdə ABŞ-da silah satışı 800 dəfə artıb. Yerli mənbələrin məlumatına görə, buna səbəb insanların ölkədə xaos yaranacağından ehtiyat etməsidir.

Amerikalılar hesab edir ki, koronavirus ölkədə xaos yaradacaq və bu baş verərsə insanlar özlərini odlu silahlarla müdafiə etmək məcburiyyətində qalacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.