Dünya

Müdafiə Nazirliyindən 100 min cəsəd torbası istədilər - Trampın dediyi gerçəkləşir

2 Aprel 2020 17:13
1 Şərh     Baxış: 12 299
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Federal Fövqəladə Halları İdarəetmə Agentliyindən (FEMA) yeni tip koronavirus (Covid-19) pandemiyasında istifadə olunması üçün 100 min cəsəd torbası tələb edilib.

Milli.Az xəbər verir ki, agentlik tələbi Müdafiə Nazirliyinə bildirib.

Xəbərə görə, Pentaqon əlindəki 50 min cəsəd torbasını yaxın zamanda agentliyə təhvil verəcək. Qalan hissəni isə tədarük etdikdən sonra göndərəcək.

Məsələ ilə bağlı Pentaqon və FEMA hələ ki, rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ağ evdəki mətbuat konfransında ölkədə koronavirusdan 100-200 min insanın öləcəyini ehtimal etdiklərini bildirmişdi./Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.