Dünya

Putin neft qiymətindən danışdı: "Biz ikiqat zərbə almışıq"

2 Aprel 2020 17:52
2 Şərh     Baxış: 2 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, neftin əsas istehsalçıları və istehlakçıları dünya bazarında yaranmış vəziyyəti yumşaltmaq üçün birgə yollar müəyyənləşdirməlidilər. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Putin hökumət üzvləri ilə videomüşavirə zamanı danışıb: "Bazardakı hazırkı vəziyyət hamını narahat edir, istehlakçıları da narahat etməlidir. Ona görə ki, neft sənayesi maliyyələşməsə və bu sektorda yeni yataqlarla bağlı iş dayansa, bazarda yeni və çox güclü qiymət sıçrayışı qaçılmaz olacaq ki, bu da heç kimə lazım deyil. Bu səbəbdən də biz hamımız -əsas istehsalçı və istehlakçılar birlikdə bazarda vəziyyəti yumşaltmaq üçün qərarlar hazırlamalıyıq".

Putin bildirib ki, məsələ dövlət başçıları səviyyəsində müzakirə olunur: "Biz bunu həm ölkədəki, həm də beynəlxalq səviyyədə OPEK-dəki tərəfdaşlarımızla müzakirə edirik. Bu günlərdə mən Birləşmiş Ştatların prezidenti ilə də müzakirələr apardım. Bu vəziyyət amerikalıları da narahat edir, çünki onlarda şist neft hasilatında maya dəyəri 40 dollar ətrafındadır. Yəni Amerika iqtisadiyyatı üçün də bu vəziyyət ciddi sınaqdır".

Prezidentin sözlərinə görə, neft qiymətlərinin çökməsi və koronavirus pandemiyasının yaratdığı fəsadlar Rusiya iqtisadiyyatı üçün ikiqat zərbə olub: "Bizdə ikiqat zərbədir - neft və koronavirus infeksiyasının iqtisadiyyata təsirləri, iqtisadi aktivliyin kəskin azalması. Bu, əmək bazarı üçün ciddi sınaqdır və biz hamımız bunu görürük, başa düşürük. Və əlbəttə, bizim əsas ixrac məhsulumuzun qiymətinin çox kəskin və ciddi şəkildə düşməsi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.