Dünya

Üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəldi - FOTO

2 Aprel 2020 13:35
0 Şərh     Baxış: 1 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Kent qraflığında üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəlib.

"The Mirror" nəşri xəbər verir ki, 39 yaşlı Karen Mannerinq hamiləliyinin səkkizinci ayında koronavirusa yoluxub.

O, gözlərində ağrı və hərarətlə martın 12-də xəstəxanaya müraciət edib.

38,5 və 39,9 dərəcə hərarəti olan qadın ağ ciyərlərində dəhşətli ağrılar olduğunu deyib:

"Ən dözülməzi gözlərimdə olan ağrı idi. Ağrıdan gözümü açıb baxa bilmirdim".

Xəstəxanaya yatırılandan dörd gün sonra həkimlər ona koronavirus və ikitərəfli pnevmoniya diaqnozu qoyublar.

Bir həftə müalicə alan qadın sonradan bu prosesi evində davam etdirib.

İndi sağalan və evində karantində olan qadın yalnız dünyaya gələcək körpəsinin sağlamlığından nigarandır. (oxu.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.