Dünya

Tokioda məktəblər mayadək bağlı qalacaq

2 Aprel 2020 13:29
0 Şərh     Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokio Təhsil İdarəsi yeni koronavirus təhlükəsinin artması ilə əlaqədar bələdiyyələrə məxsus tam orta məktəblərin mayadək bağlı qalması barədə qərar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar aprelin 1-də qəbul olunub.

Xatırladaq ki, Yaponiyanın baş naziri Şinzo Abenin infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə yaz tətilinin sonunadək məktəblərin bağlanması barədə xahişindən sonra təhsil müəssislərinin fəaliyyəti martda dayandırılıb.

Tokio Bələdiyyəsinin Təhsil Komitəsi əvvəlcə məktəblərin fəaliyyətinin apreldə bərpa edilməsini planlaşdırırdı. Lakin yeni koronovirus təhlükəsi davam etdiyinə görə, məktəblərin mayın 6-dək bağlı qalması məqsədəuyğun hesab edilib.

Bununla yanaşı, şəhər, kənd və digər yaşayış məntəqələrinin təhsil komitələrinə tabe olan ibtidai və natamam orta məktəblərin fəaliyyəti yerlərdə mövcud vəziyyətə uyğun olaraq təmin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.