Dünya

Kıvanç Tatlıtuğun test nəticəsi açıqlandı

2 Aprel 2020 13:02
1 Şərh     Baxış: 5 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Kıvanç Tatlıtuğun test nəticəsi bəlli olub. Türkiyə mediasının yazdığına görə aktyorun test nəticəsi neqativ çıxıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, aktyor bu barədə sosial şəbəkədə qeyd edib:

"Qızdırma və öskürək şikayəti ilə gəldiyim xəstəxanada aparılan müayinələrin sonunda ağciyərimdə kiçik sətəlcəm mərkəzi aşkar edildi. Buna görə nəzarət altına alındım. Bu gün isə koronavirus testimin neqativ çıxdığını öyrəndim. Sabah aparılan müayinələrin nəticəsinə görə evə buraxılmağıma, yoxsa xəstəxanada qalıb müalicəmə davam edəcəyimə qərar veriləcək.
Ölkəmizdə xüsusilə bu zamanda gecə-gündüz çalışan tibb işçilərinə çox təşəkkür edir, koronavirusla mücadilə edən bütün xəstələrə Allahdan şəfa diləyirəm. Dualarımız sizinlədir. Mən yaxşıyam, diqqətinizə görə təşəkkür edirəm".

Qeyd edək ki, aktyor koronavirusa görə bir müddət əvvəl həyat yoldaşı Başak Dizer ilə Türkiyənin Kemerburgaz bölgəsində olan evində yaşamağa başlamışdı. Meşədə yerləşən taxta evə köçən cütlük yaxınları ilə belə görüşmürdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.