Dünya

Qonşu dövlətdə koronavirusun bitmə tarixi açıqlandı

2 Aprel 2020 11:50
1 Şərh     Baxış: 5 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada koronavirusa yoluxmanın pik həddi gələn həftəyə gözlənilir, kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxma normalarına əsasən, demək olar ki, təqribən bundan 10-12 həftə sonra epidemiyanın sonu çatacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Biomedikal Agentliyinin (FMBA) baş infeksionisti Vladimir Nikiforov Rusiyanın "Birinci kanal"ında yayımlanan "Dok-Tok" proqramının efirində proqnoz verib.

"Yayda sona çatması mütləqdir", - həkim yekunlaşdırıb.

Lakin Rusiya Səhiyyə Nazirliyinin baş infeksionisti Yelena Mallinikova koronavirusun fərdi yayılmalarının yayda da qeydə alınacağına dair fikirlərini bildirib.

Son məlumatlara görə, Rusiyada 2777 koronavirus infeksiyası qeydə alınıb. Ölənlər 24 nəfər təşkil edir. 190 nəfər isə sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.