Dünya

İsrailin Səhiyyə naziri koronavirusa yoluxub

2 Aprel 2020 09:17
0 Şərh     Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Səhiyyə naziri Yaakov Litsman yeni növ koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Kan" raidostansiyası Nazirlik Aparatının açıqlamalarına istinadən bildirib.

Məlumata əsasən, Y.Litsmanın həyat yoldaşına da koronavirus diaqnozu qoyulub. Qeyd edilib ki, nazir həkimlərin tövsiyələrinə uyğun olaraq işlərini evdən davam etdirəcək.

Qeyd edək ki, İsraildə aşkar olunan koronavirus yoluxma hadisələrinin sayı sutka ərzində 710 nəfər artaraq 6092 nəfər təşkil edib, ölənlərin sayı 25 nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.