Dünya

ABŞ-da 1243 nəfər COVID-19-dan vəfat edib

2 Aprel 2020 08:04
0 Şərh     Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 24 saat ərzində ABŞ-da 1,2 mindən çox insan yeni koronavirusun səbəb olduğu xəstəlikdən ölüb. Bu, dünyada xəstəliyin başlanmasından bəri sutka ərzində qeydə alınan ən çox ölüm hadisəsidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq məlumatları Con Hopkins Universiteti təqdim edir.

Universitetin saytında yerləşdirilən məlumata görə, son sutka ərzində COVID-19 (koronavirusun səbəb olduğu xəstəlik) nəticəsində 1243 nəfər ölüb. ABŞ-da yeni koronavirusa yoluxanların sayı 215,417 nəfərə çatıb, 5116 nəfər vəfat edib.

Sutka ərzində ən çox COVID-19 qurbanı üzrə əvvəlki antirekord martın 27-də İtaliyada qeydə alınıb, ölkədə xəstəlikdən 969 nəfər olmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.