Dünya

Misirdə koronavirusa yoluxanların sayı çoxalıb

2 Aprel 2020 08:42
0 Şərh     Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdə koronavirusa yoluxanların sayı artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misirin Səhiyyə naziri Hala Zayed son sutkada yeni növ koronavirusa daha 54 nəfərin yoluxduğunu bildirib.

Onun sözlərinə görə, COVID-19 virusuna yoluxanların ümumi sayı 710 nəfərə çatıb, 46 insan isə həyatını itirib. Nazir əlavə edib ki, karantin xəstəxanalarında 157 xəstə müalicə olunaraq evə buraxılıb.
H.Zayed qeyd edib ki, ötən gün koronavirusa yoluxanların hamısı xarici ölkələrdən gətirilən Misir vətəndaşlarıdır. Bundan iki gün əvvəl həyatını itirən 5 nəfər də yerli sakinlərdir. Nazir məlumat verib ki, Səhiyyə Nazirliyi koronavirusa yoluxma şübhəsi - nəfəs yolları xəstəliyi və ya qızdırması olan insanlar üçün iki "qaynar xətt" açıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.