Dünya

Fransa karantindən çıxmaqla bağlı müzakirələr aparacaq

2 Aprel 2020 08:02
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada karantin müddətinin nə qədər davam edəcəyi məlum deyil. Həyat normasına qayıtmaq, karantindən çıxmaq tədricən baş tutacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Fransanın Milli Assambleyasında Baş Nazir Eduard Filip səsləndirib.

Bildirib ki, karantindən çıxmaq üçün regional, testlərin nəticələrinə uyğun və ya yaş kateqoriyalarından asılı yanaşma formalarının mümkünlüyünə baxılacaq.
Qeyd edib ki, bu qədər əhalinin karantindən çıxması ilə bağlı dünyada heç bir təcrübə yoxdur, çünki heç vaxt bütün ölkə karantində olmayıb. Qarşıdan gələn günlərdə ölkənin karantindən çıxması ilə bağlı müzakirələr aparılacaq. Ancaq karantindən çıxmaq qarşıdan gələn günlərdə üzləşiləcək vəziyyətdən daha çox asılı olaraq həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.