Dünya

Rusiyada koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistemin hazırlandığı bildirilir

2 Aprel 2020 08:08
0 Şərh     Baxış: 1 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi tərəfindən insanların koronavirus xəstələri ilə təmaslarını izləyərək aşkar edən sistemin hazırlandığı bildirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sistemin hazırlanmasına Rusiyanın Baş naziri Mixail Mişustin təşəbbüs göstərib.

Sistem vətəndaşlara koronavirusa yoluxan xəstələrlə əlaqə qurduqları və buna görə də özünütəcrid etməsi barədə məlumat verir. Bu cür təmaslar haqqında məlumatların sonra regional əməliyyat qərargahına göndəriləcəyi bildirilir.

Nazirliyin mətbuat xidməti bununla bağlı heç bir açıqlama verməyib.

Xatırladaq ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov iddia edirdi ki, sözügedən sistemin hazırlanması vətəndaşların hüquqlarını qətiyyən pozmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.