Dünya

Səudiyyə Ərəbistanı müsəlmanları Ümrə və Həcc ziyarətlərini təxirə salmağa çağırdı

1 Aprel 2020 16:17
6 Şərh     Baxış: 2 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığı müsəlmanları Ümrə və Həcc ziyarətlərini qeyri-müəyyən müddətə təxirə salmağa çağırıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc məsələləri üzrə naziri Məhəmməd Baten dövlət televiziyasında çıxışı zamanı deyib. 

Nazir ölkəsinin zəvvarların təhlükəsizliyindən və sağlamlığından narahat olduğunu ifadə edib.

"Səudiyyə Ərəbistanı hər zaman zəvvarlara və Ümrə ziyarətçilərinə xidmət etməyə tam hazırdır. Ancaq mövcud şəraitdə qlobal pandemiyanı nəzərə alaraq, krallıq müsəlmanların və vətəndaşların sağlamlığını qorumaq istəyir. Beləliklə, bütün ölkələrdəki müsəlman qardaşlarımızdan xahiş edirik ki, vəziyyət düzələnə qədər tur operatorları ilə müqavilə bağlamazdan əvvəl gözləsinlər", - nazir bildirib.

O qeyd edib ki, Ümrə ziyarəti üçün viza alan şəxslərin viza xərcləri geri qaytarılacaq.

Xatırladaq ki, bu ilin iyul və avqust aylarında 2 milyon müsəlmanın Məkkə və Mədinəyə ziyarətləri gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.