Dünya

Karantin zamanı insanlara kömək edən qadının avtomobilini yararsız hala saldılar

1 Aprel 2020 18:57
0 Şərh     Baxış: 1 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə 41 yaşlı könüllünün avtomobilini yararsız hala salıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, karantin zamanı evdə qalan qocalara kömək etdiyi zaman naməlum insanlar onun avtomobilini zədələyiblər. Onlar bu yolla qadını karantin rejimini pozduğuna görə cəzalandırmaq istəyiblər. Cinayətkarlar avtomobilin dörd təkərini deşib, şüşələrini sındırıblar. Yaşlı insanlara kömək etmək üçün könüllü olan qadın göz yaşları içində bunu videoya çəkərək sosial şəbəkədə paylaşıb.

"Avtomobili yararsız hala saldınız. Ancaq o mənə isanlara kömək etmək üçün lazım idi. Özünüzlə fəxr edə bilərsiniz!", - o, naməlum cinayətkarlara səslənib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.