Dünya

Uhanda ilk xarici mənşəli koronavirusa yoluxma faktı qeydə alındı

1 Aprel 2020 18:44
0 Şərh     Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Uhan şəhərində ilk dəfə ölkə xaricindən gələn bir insanda koronavirus aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Xəstənin hansı ölkədən gəldiyi, hələ ki, məlum deyil. Ancaq Hubey əyalətinə hava nəqliyyatının aprelin 8-nə qədər dayandırıldığı üçün yoluxmuş şəxsin xaricdən ilk öncə Çinin başqa bir şəhərinə, daha sonra isə oradan qatarla Hubey əyalətinə gəldiyi ehtimal olunur.

Xatırladaq ki, ÇXR Səhiyyə Komitəsi Uhan şəhəri istisna olmaqla, Hubey əyalətinə giriş və çıxış məhdudiyyətlərini ləğv etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.