Dünya

Gürcüstanda alkoqollu içkilərin satışı dayandırıldı

1 Aprel 2020 19:59
0 Şərh     Baxış: 1 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda ümumi karantin dövründə ölkə ərazisində alkoqollu içkilərin satışı müvəqqəti dayandırılıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə hökumət qərar qəbul edib.

Qərara əsasən şərab, digər alkoqollu içkilər və pivə satışını həyata keçirən obyektlərin fəaliyyəti qadağan edilib.

Qeyd edək ki, qonşu ölkədə saat 08:00-dan ümumi karantin rejimi qüvvəyə minib. Saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.