Dünya

Fransaya koronavirusun haradan yayıldığı məlum oldu

1 Aprel 2020 19:29
0 Şərh     Baxış: 2 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Səhiyyə naziri Olivye Veran koronavirusun keçən ay Müluz şəhərindəki Yevangelist kilsəsində keçirilən dini mərasimlər zamanı yayıldığını etiraf edib.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, o bildirib ki, yoluxma nöqtəsi Müluzdakı Yevangelist kilsəsi olub. Epidemiya həqiqətən buradan ölkəyə yayılıb.

O, ölkəsinin COVID-19-a qarşı tədbirlərdə gecikmədiyini qeyd edib.

Virusun Avstriyaya da Yevangelist kilsəsindən yayıldığı barədə xəbər yazıb.

Vyanada yaşayan bir ailənin 17-21 fevral tarixlərində həmin kilsədə təşkil edilən mərasimlərə qatıldığı, fevralın 27-də Belçika vasitəsilə paytaxta qayıtdığı və virus testlərinin müsbət çıxdığı qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.