Dünya

900 məhbus koronavirus təhlükəsi ilə əlaqədar azad edilib

1 Aprel 2020 09:28
0 Şərh     Baxış: 1 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-York hakimiyyəti yeni növ koronavirusun yayılması təhlükəsi ilə əlaqədar 900 məhbusu azadlığa buraxıb.

APA "TASS"-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Bill de Blazio mətbuat konfransında bildirib.

"Dünən axşam saatlarında 900 məhkum cəzaçəkmə müəssisələrindən azad edildi", - deyən Blazio rəqəmin hələ son olmadığını da vurğulayıb. Onun sözlərinə görə, kampaniya bundan sonra davam edəcək.

Blazio bunun xroniki və digər xəstəliklərdən əziyyət çəkən məhbusların yoluxmasının qarşısını almaq üçün edildiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.