Dünya

Rusiyada karantin rejiminin pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir

1 Aprel 2020 02:30
0 Şərh     Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Dövlət Duması koronavirusun yayılması ilə bağlı karantinin şərtlərinin pozulmasına görə cinayət məsuliyyətinin tətbiqi haqqında qanun layihəsini qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni qanuna əsasən, sanitariya-epidemioloji qaydaları pozanlar 50 min rubldan bir milyon rubladək cərimə oluna, yaxud 3 ilədək müddətə peşə sahəsində işləmək hüququndan və ya 3 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

Əgər qanun pozuntusu insan ölümünə səbəb olarsa, yaxud kütləvi yoluxma təhlükəsi yaradarsa, bir milyon rubldan iki milyon rubladək cərimə, 5 il müddətinə peşəsi üzrə işləmək hüququndan məhrum edilmə, yaxud 5 il müddətinə həbs cəzası tətbiq oluna bilər. Qanunu pozaraq iki və daha artıq şəxsin ölümünə səbəb olan şəxsləri isə 7 ilədək həbs gözləyəcək.

Bilərəkdən qanunu pozaraq insan ölümünə səbəb olan şəxslərin hərəkətləri terrorizm, xuliqanlıq və diversiya kimi qiymətləndiriləcək və Rusiya Cinayət Məcəlləsinin maddələrinə uyğun cəzalandırılacaq.

Qeyd edək ki, hazırda Rusiyada 1836 koronavirusa yoluxmuş şəxs var. İndiyədək 9 nəfər ölüb, 66 xəstə sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.