Dünya

İranda daha 141 nəfər koronavirusdan öldü

31 Mart 2020 16:39
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində yeni koroanvirus (COVID 19) nəticəsində 141 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ümumilikdə indiyədək İranda virusdan ölənlərin sayı 2 898 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, ötən 24 saat ərzində İranda 3 111 nəfər koronavirusa yoluxub və ümumilikdə yoluxanların sayı 44 606 nəfərə yüksəlib.

Cahanpur hazırda İranda 3 703 nəfər virus daşıyıcısının vəziyyətinin ağır olduğunu qeyd edib. İndiyədək 14 656 nəfər virusdan sağalıb. Bu günədək İranda 65 milyondan çox şəxs yeni koronavirus testindən keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.