Dünya

Professordan QORXUNC PROQNOZ: 200 min insan öləcək

1 Aprel 2020 08:04
0 Şərh     Baxış: 2 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da koronavirus qurbanlarının sayı 200 minə çata bilər.

Milli.Az xəbər verir ki, bunu ölkənin Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun müdiri və Ağ Ev COVID19 ilə Mübarizə Tapşırığı Qrupunun üzvü Entoni Fausi deyib.

CNN kanalına ölkədəki vəziyyətlə bağlı açıqlamalar verən professor bildirib ki, düzəldilən modellərdə ən yaxşı və ən pis ssenarilərə diqqət çəkilir və adətən, nəticələr hər iki ssenarinin ortasında olur. O qeyd edib ki, daha əvvəlki epidemiyalarda ən pis ssenari heç vaxt yaşanmayıb.

"Hazırda gördüyümüz tabloya baxaraq ölü sayının 100-200 min arasında olacağını söyləyə bilərəm. Amma dəqiq deyil",- Fausi bildirib.

Son məlumatlara görə, ABŞ-da 142 min 224 nəfər koronavirusa yoluxub. 2 min 485 nəfər dünyasını dəyişib. 4 min 559 nəfər virusdan sağalıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.