Dünya

İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı, polis sinaqoqlarda reyd keçirdi

31 Mart 2020 17:14
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsraildə COVID-19 pandemiyasından ölənlərin sayı 18 nəfərə çatıb, 4 831 şəxs virusa yoluxub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ötən gün vəfat edən iki nəfər koronavirus xəstəsi İsrailin "Tel-a-Şomer" kliniki mərkəzində müalicə alırdı.

İsrail Səhiyyə Nazirliyinin son məlumatına əsasən, hazırda 83 xəstənin vəziyyəti ağırdır. Sağalan 163 nəfər isə evə buraxılıb.

Rəsmilər virusa yoluxanların əksəriyyətinin ultraortodoksal icmaların üzvləri olduğunu elan edəndən sonra İsrailin hüquq-mühafizə orqanlarının əməkdaşları sinaqoqlarda və ultraortodoksalların yaşadıqları məhəllələrdə reydlər keçirib.

Təhlükəsizlik qaydalarını pozan üç nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.